Yeni planet tapıldı

10:15 | 07.12.2013
Yeni planet tapıldı

Yeni planet tapıldı

Günəş sisteminin ən böyük planeti olan Yupiterdən 11 dəfə böyük yeni planet tapılıb. ANS PRESS-in məlumatına görə, "HD 106906 b" adlandırılan nəhəng göy cismi bir ulduzun sistemindədir. ABŞ-ın Arizona universitetinin elm adamlarının araşdırmasına görə, "HD 106906 b" Dünyadan 299 işıq ili uzaqlıqdadır. "HD 106906 b" nəhəngliyi və ulduzu ilə arasındakı böyük məsafəyə görə təəcüb yaradıb. Belə ki, bu məsafə yerlə günəş arasındakından 650 dəfə çoxdur. 4,5 milyard il yaşı olan dünya ilə müqayisədə yeni planet gəncdir. Onun cəmi 13 milyon il yaşı var. "HD 106906 b" yaranması mərhələsindəki hərarətin bir hissəsini qoruyur. İsti səhtə sahib olan planet ətrafına gözəgörünməz qızılı işıq saçır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti