Qərbi Avropada Ebola virusu ilə yanaşı daha bir epidemiya həyəcanı yaşanır.
ANN.Az ANS TV-na istinadən məlumat verir ki, bu xəstəlik pnevmaniyanın ağırlaşmış formasıdır. Bu xəstəlikdən artıq 4 nəfərin öldüyü, 100-dən çox insanın xəstəxanaya yerləşdirildiyi xəbəri verilir. Portuqaliyanın Səhiyyə Nazirliyi bundan əvvəl Legionelyoz xəstəliyindən bir nəfərin öldüyünü təsdiqləyib. İlk yoluxma halları ötən həftə cümə axşamı qeydə alınıb. İnfeksiyanın mənbəyi hələ ki müəyyən olunmayıb. Adı çəkilən xəstəliyə 1976-cı ildə Filadelfiyada Amerikan Legionu adlı yürüşdə kütləvi yoluxmadan sonra Legion xəstəliyi adı verilib. Legionelyoz infeksiyasına yoluxmuş xəstələrdə adətən qızdırma, ümumi intoksikasiya, ağ ciyər, mərkəzi sinir sistemi və həzm sistemi pozuntuları, bəzi hallarda poliorqan çatışmazlığı sindromu müşahidə olunur.
Legionella bakteriyasının yaratdığı bu xəstəlik, insandan insana birbaşa keçməsə də, bakteriyanın daşıyan su damcılarının tənəffüs yoluna getməsi ilə xəstəliyə tutulma riski artır.