Yeni rəqəmli valyuta dövriyyəyə buraxılıb

17:40 | 12.09.2017
Yeni rəqəmli valyuta dövriyyəyə buraxılıb

Yeni rəqəmli valyuta dövriyyəyə buraxılıb

"Bulud” texnologiyalı məsafəli idarəetmə servislərinin yaradılması ilə məşğul olan "Cloudwith.me” şirkəti "CLOUD” adlı kriptovalyuta təqdim edib. Yeni valyuta "Amazon Web Services” platformasından 1 dollara istifadə imkanı təqdim etməklə, kommersiya dövriyyəsinə buraxılıb.

anews.az ICTnews-a istinadən xəbər verir ki, istifadəçilər "CLOUD” tokenlərini (USB açarlar) əldə etdikdən sonra platformadan ayda 1 dollar ödəməklə istifadə edə biləcəklər ki, bu da servisdən aylıq istifadənin 40 dollara satıldığı "Amazon” internet mağazasında alışdan çox ucuzdur. "CLOUD” qəpiklərin ilkin yerləşdirilməsi (ICO) vasitəsilə təklif edilən və tədarük edilən rəqəmli xidmətlərin alışı üçün istifadə olunan ilk rəqəmli valyuta olacaq.

Layihənin texniki direktoru Asəf Zamirin fikrincə, "CLOUD” tokenləri istifadəçilərə qazanc gətirməklə, onları "bulud” servislərindən rahat istifadə ilə təmin edəcəklər.

"CLOUD” tokenlərinin bir ədədinin qiyməti 10 dollar təşkil edir. Onları bitkoin (Bitcoin), efir (Ethereum) və ya istənilən valyutada nağd pula əldə etmək mümkün olacaq.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM