ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Samuel Kanundu ölüləri diriltmək məharətinə malik olduğunu bildirib. Onun bu məharətini duyan Kvala bölgəsinin tanınmış nəsli ölmüş əzizlərinin dirildilməsi üçün Samuel Kanundunu kəndə dəvət edirlər. O, öz köməkçiləri ilə birgə kəndə gəlir və kənd meydanında ölüdiriltmə mərasiminə başlayır. Gün ərzində rəqslər etməklə, min-bir oyun çıxarmaqla kənd əhalisi qarşısında tamaşa verir, amma ölü dirilmir ki, dirilmir. Tamaşadan bezən kənd əhli onu yalançılıqda günahlandırdıqda o, kəndlilərdən günbatana qədər vaxt istəyir. Amma o zaman da yetişir, ölü isə dirilmir.
Bundan sonra səbri daşan kənd əhli yalançı ölüdirildəni və onun köməkçilərini döyməyə başlayırlar. Samuel Kanundunu kəndə dəvət edən ailə onu müdafiə etmək məcburiyyətində qalır və kəndlilərə deyir ki, əzizləri banan ağacı altında basdırılmış caduya görə ölüb və buna görə onu diriltmək mümkün olmur. Bundan sonra Samuel və köməkçiləri kənddən qaçıb canlarını qurtara bilirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !