Yeni tədris ilində təxminən 11 minə yaxın uşaq rus dili bölməsində təhsil alacaq

11:29 | 06.06.2024
Yeni tədris ilində təxminən 11 minə yaxın uşaq rus dili bölməsində təhsil alacaq

Yeni tədris ilində təxminən 11 minə yaxın uşaq rus dili bölməsində təhsil alacaq

Yeni tədris ilində təxminən 11 minə yaxın uşaq rus dili bölməsində təhsil alacaq. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. 


"Təxminən 12 minə yaxın müraciət olub. Onların hazırda 11 minə yaxını prosesi uğurla keçib. Hazırda bəzi müraciətlər üzrə apellasiya şikayətlərinə də baxılır. Rəqəmlərdə bəzi dətişiliklər ola bilər",-  o bildirib.
 
2023-cü il rus bölməsində təhsil almaq üçün 11943 nəfər qeydiyyatdan keçib. 2022-ci il isə bu rəqəm 14989 olub. 

Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM