Yeni TƏKLİF: pensiya yaşı 35 olsun

15:20 | 12.04.2017
Yeni TƏKLİF: pensiya yaşı 35 olsun

Yeni TƏKLİF: pensiya yaşı 35 olsun

"35 yaşda pensiyaya çıxmaq”. Bu fikir xeyli maraqlı görünür. Artıq ABŞ-da bu məsələ bloq və sosial şəbəkə istifadəçiləri arasında ciddi müzakirəyə çevrilib. Hətta yollarını axtarıb, təkliflər irəli sürənlər də var.

Publika.az bu məsələdə aparılan araşdırmaları və erkən yaşda pensiyaya çıxmağın yollarını təqdim edir.

Ömrünün sonuna qədər işləmək hər kəs üçün arzuolunan deyil. Amerikada yeni nəsil üçün pensiya vaxtını illərlə gözləmək maraqlı deyil. Erkən yaşda pensiyaya çıxmaq 25-45 yaşlı amerikalıların arzusudur.

Şəxsi ev, nüfuzlu iş, qarajda iki maşın və s. Hollivud filmlərində təqdim olunan bu təsvirlər bir çox amerikalının xəyalıdır. Lakin əsas məsələ bunların hamısını bir yerdə toplamaq deyil. Əsas məsələ budur ki, hər sonrakı nəsil əvvəlkindən daha yaxşı yaşamaq istəyir. 1970-90-cı illərdə doğulan nəsil birmənalı şəkildə valideynlərindən daha yaxşı yaşamalı olduqlarını düşünürlər.

Onlar həftədə 60-80 saat işləmək və rahat yaşamaqla bağlı istəklərini 65 yaşdan sonra gerçəkləşdirmək istəmir.

 İndiki gənclər hər şeyi gənc yaşda yaşamaq istəyir, hətta bunun üçün çətinliklərə qatlaşmağa hazırdırlar.

Bəs erkən yaşda necə təqaüdə çıxaq?

Bunun üçün sizə müəyyən qədər maliyyə bilgiləri lazım olacaq. Erkən yaşda təqaüdə çıxmaq üçün əvvəlcə pul yığmaq və onu investisiyanın köməyi ilə artırmaq olar. Hansı investisiya? Deyə sual yarana bilər. Çünki bu, həm də gələcək "pensiya”nız üçün riskli də ola bilər. Lakin daşınmaz əmlak alınması pulun uğurlu dəyərləndirilməsi hesab edilir.

Pul toplamaq üçün ilk növbədə qənaət etməyi öyrənməlisiniz. Orta statistik amerikalı aylıq qazancının 5-15 faizini bir kənara qoyur. Ancaq erkən pensiyaya çıxmaq istəyənlər aylıq gəlirinin 40 faizi ilə yaşamağı öyrənməlidir. Qalanını investisiya yatırmağa və ya yığmalıdır.

Bəzi şeylərdən imtina etməyi öyrənin.

Daq Braun və Liza Zant böyük bir şirkətdə satış və marketinq üzrə menecer işləyirdilər və əla qazanırdılar.

 Amma onların xəyalı səyahətə çıxmaq və yaxtada üzmək idi. Lakin xəyallarını gerçəkləşdirmək üçün lazım olan pulu uzun müddətə yığmaq lazım idi. Bir anda şirkətdə ixtisarlar oldu və hər ikisini işdən azad etdilər. Əllərində olan ev, maşın və digər əmlaklarını satıb, yaxta aldılar və investisiyaya yatırdılar. Daha sonra ABŞ-dan getmək barədə qərar verib, Cənubi Amerikaya səyahətə yollandılar. Bu zaman həm səhayət etdilər, həm də pullarını daha gəlirli sahəyə yatırdılar.

Liza hesab edir ki, pensiyaya çıxmaq üçün milyonlar lazım deyil.

Erkən pensiyaya çıxmaq üçün maliyyə məsələlərindən başınız çıxmalıdır. Bunun üçün maliyyə bazarını araşdırmalı, ev, daşınmaz əmlak almağın üstünlükləri barədə məlumatlı olmalısınız.

Kris Taker bank hesabında 300 dollar olanda işə başladı və özünün işini qurdu. O, pulunu ipotekaya yatırdı. Kiçik evlər alaraq icarəyə verib gəlir götürməyə başladı. 2008-ci il iqtisadi böhran ərəfəsində pulunu qiymətli kağızlara yatırdı.

Gənc yaşda pensiyaya çıxmaq üçün növbəti imkan başqalarını öyrətmək və ya təcrübəni bölüşməkdən keçir. Sayt, bloqlardakı məşhurluqdan istifad edib bunu gəlirə çevirmək mümkündür.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM