“Bakı Metropoliteni” QSC Fransadan yeni metro vaqonlar alacaq. Bu barədə ANS PRESS-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O, bildirib ki, artıq bu məqsədlə Fransa şirkətləri ilə anlaşma memorandumu imzalanıb: “Fransa prezidenti Azərbaycana gələndə 3 şirkətlə 5 anlaşma memorandumu imzalanıb. Burada sadəcə yeni vaqonların alıınmasından söhbət getmir. Memoranduma yeni stansiyaların tikintisi, xətlərin salınması, dispetçr mərkəzinin qurulması hətta kadr hazırlığı ilə də bağlı məsələlər də daxildir.Bu memorandumun mahiyyəti ondan ibarətdir ki, biz onlarla müazakirələr və danışıqlar aparacağıq. Bizim metronun texniki şərtlərinə və bütün parametrlərinə uyğun olan vaqonlar alacağıq. Bütün bunlar detallarına qədər müzakirə edilməlidir”.N. Paşayev ötən il alınıb və bir neçə dəfə xəttə buraxılan metro vaqonların aqibəti məsələsinə də aydınlıq gətirib: “Bu barədə məlumatları mətbuatdan oxumuşam. Məndə heç bir məlumat yoxdur. Amma hazırda bizdə ehtiyatda olan yeni vaqon yoxdur”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !