"Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edib.
Sədr giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr, vaqon parkının hazırkı vəziyyəti haqqında ətraflı məlumat verib. O, bildirib ki, Azərbaycan dəmiryolçuları Rusiyalı həmkarları ilə əlaqələrin genişləndirilməsinə həmişə yüksək önəm verir.
"Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası QSC-nin baş direktoru Oleq Sienko çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib.
Əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi, Azərbaycan Dəmir Yolunun vaqon parkının yenilənməsi ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.
Tədbirin sonunda müvafiq protokol imzalanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !