Yeni vəzifəyə təyin olunan Ələsgər Ələsgərov kimdir? - DOSYE

19:41 | 03.12.2019
Yeni vəzifəyə təyin olunan Ələsgər Ələsgərov kimdir? - DOSYE

Yeni vəzifəyə təyin olunan Ələsgər Ələsgərov kimdir? - DOSYE

Dekabrın 3-də Baş Nazir Əli Əsədovun sərəncamı ilə Ələsgər Ələsgərov Baş Nazirin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.
"Report" xəbər verir ki, Ə.Ələsgərov 2019-cu il oktyabrın 22-dən Baş Nazirin köməkçisi vəzifəsində çalışırdı.
O, 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər, 2010-2014-cü illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq, 2016-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçiliyi Akademiyasında Dövlət Qulluğunun Təşkili və İdarəedilməsi ixtisasları üzrə təhsil alıb.
2013-cü ilədək müxtəlif dövlət orqanlarında çalışıb. 2013-cü ildən isə Azərbaycan Respublikası Prezident Administrasiyasında Prezidentin iqtisadi məsələlər üzrə köməkçisinin xidmətində müxtəlif vəzifələrdə çalışıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb