“Xocalı soyqırımına dair yeni abidə kompleksi yaradılacaq və rəsmi protokola salınacaq”.APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, prezident İlham Əliyevin tapşırığı ilə yeni abidə kompleksinin tikilməsi istiqamətində işlər görülür: “Xocalı abidəsinin Milli Məclisin gündəliyinə salınması məsələsini vaxtaşırı qaldırmışam. Ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və cənab prezidentimizin tapşırığı ilə artıq bu işlər gedir. Bu abidə rəsmi protokola salınacaq ki, ölkəyə gələn əcnəbilər həmin abidəni ziyarət etsinlər. Artıq abidənin layihəsi, sənədləşmə və digər işlər hazırdır və inşasına başlanmalıdır”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !