ANN.Az ANS PRESS-ə istinadən məlumat verir ki, deputatlar RF Silahlı qüvvələrinin strukturunda "müsəlman legion"un formalaşmasını təklif ediblər. Bu təklifin Fransanın Müdafiə Nazirliyinin formalaşdırdığı bənzər sistemə uyğun formada həyata keçirilməsi nəzərdə tutulub. Deputatlar RF Müdafiə Naziriliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bənzər təkliflə müraciət edib.Parlamentarilərin fikrincə, xarici vətəndaşlardan ibarət bir qoşun birləşməsi yaratmaq Orta Asiyada sabitliyin təminatçısı olacaq. Bu isə Rusiyanı radikal islamçı qruplaşmalardan qorumağa imkan verəcək.Əsasını Özbəkistan və Tacikistan vətəndaşlarının təşkil etdiyi legionda qulluq edəcək əcnəbilərlə müqavilə bağlayacaqlar. Bu müqavilə müqabilində xarici vətəndaşlara müəyyən məbləğdə pul ödəniləcək. Onlar 6 il hərbi xidmətdən sonra isə Rusiya vətəndaşlığı ala biləcəklər.Son rəqəmlərə görə, RF ordusunda 295 xarici vətəndaş xidmət edib. Bunlar arasında Tacikistandan və Özbəkistandan - müvafiq olaraq 89 və 66, Azərbaycandan 22 və bir o qədər Ermənistandan, 8 nəfər Belorusiyadan və 9 nəfər - Ukraynadan olan vətəndaşlar da var.
ANN.Az