Yeni yayılan "Omikron" ştammı-Azərbaycandakı son durum

14:21 | 30.11.2021
Yeni yayılan

Yeni yayılan "Omikron" ştammı-Azərbaycandakı son durum

Bu günlərdə Afrikanın cənubunda COVID 19-un yeni növ ştammı aşkarlanıb. Yeni ştamma yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron” adı verilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Omikron B.1.1.529 ştammını "narahatlıq doğuran variant” kimi dəyərləndirsə də, koronavirusun digər növlərindən daha təhlükəli olması haqda hələlik dəqiq məlumatlı deyil. 
Ştammın yoluxuculuq qabiliyyəti yüksək olsa da, mütəxəssislər hələ ki narahatlığa ciddi əsas olmadığını bildirirlər.

Avropada yeni ştamma ilk yoluxma halı Belçikada qeydə alınıb. Daha sonra isə Avstraliya, Danimarka, Fransa, Niderland, Botsvana, Kanada, Almaniya, İtaliya, Çexiya, Böyük Britaniya, Honq-Konq, İsrail və Rusiyada da aşkar edilib.


Avropa İttifaqı, Türkiyə, İsrail, ABŞ və Böyük Britaniya Afrikanın bir sıra ölkələrindən uçuşlara qadağa qoyub.
Birləşmiş Ştatlar məhdudiyyətləri Cənubi Afrikadan başqa Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malaviyə də şamil edir. Prezident Co Bayden bildirib ki, qadağa noyabrın 29-dan qüvvəyə minir.

ABŞ və Almaniya yeni ştamma qarşı artıq vaksin hazırmağa başladıqlarını bəyan ediblər. Yeni vaksinlər Birləşmiş Ştatların Novavax əczaçılıq şirkəti və Almaniyanın BioNTech, Johnson & Johnson şirkətləri tərəfindən hazırlanacaq.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağarza Ağayev noyabrın 29-da açıqlama yayıb. Azərbaycanda koronavirusun "Omikron” ştammı aşkarlanmadığını bildirib. O deyib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.
 
Ətraflı videoda:


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM