Yeni yollar niyə çökür?

17:54 | 16.05.2019
Yeni yollar niyə çökür?

Yeni yollar niyə çökür?

Yeni istifadəyə verilən yolların bəziləri  niyə bir müddət sonra sıradan çıxır?

Bu günlərdə Astarada yeni çəkilən, daha dəqiq desək, 2017-ci ildə istifadəyə verilən yol sıradan çıxdı.  Yol ölkə başçısının 2015-ci ildə imzaladığı sərəncama əsasən əsaslı təmir olunaraq 2017-ci ilin dekabrında istifadəyə verilmişdi. Lakin 2000 nəfərə yaxın sakinin istifadə etdiyi yolun bir neçə hissəsi dağıldı. Beləcə, uzun illər yolsuzluqdan əziyyət çəkən əhali yenidən problemlərlə üzləşdi.
 
Azəravtoyol" ASC-nin Mətbuat katibi Anar Nəcəfli deyir ki, bu, təbii proseslərdən irəli gəlir.

Onun sözlərinə görə, xüsusən, dağlıq ərazilərdə sel suları yolda tənzimlənən su ötürən boruları aparır və yolda sürüşmə əmələ gəlir.

"Burada söhbət yolun hansısa formada keyfiyyətsiz olmasından gedə bilməz. Konkret olaraq Astarada baş verən məsələni götürsək, yol durduğu yerdə o vəziyyətə düşməyib. Dağ yamacında intensiv sürüşmələr ona gətirib çıxarır ki, kiçik qayacıqlar yola tökülür və ya sel suları suötürücüləri sıradan çıxarır, bu cür problemlər yaranır. Bu da, təbii prosesdir və dünyanın hər yerində baş verir” – deyə Azəravtoyol" ASC-nin Mətbuat katibi Anar Nəcəfli bildirib.

Məsələni ekspertlə də danışdıq. Ekspert Azər Allahverənov deyir ki, yollarda baş verən dağıntıların bir neçə səbəbi ola bilər.

Onun sözlərinə görə, nəzərdə tutulmasa da, ağırtonajlı avtomonillərin intensive hərəkəti, yolun tam funkisonal olmaması, təbii proseslər və keyfiyyət dağıntılara gətirib çıxarda bilər.

"Əgər söhbət Astarada baş verən çöküntüdən gedirsə, mən hesab edirəm ki, çöküntü təbbi proseslərdən ola bilər. Xüsusən dağlıq ərazilərdə təbii kontekstə yerin quruluşu dəyişir və bu da torpaqda boşluq əmələ gətirir. Həmən yol kənd rayonlarını mərkəzlə birləşdirən əsas yol olduğu üçün, çox istifadə olunur və yəqin ki, təyinatı üzrə də istifadə olunmur. Ağırtonajlı avtomobillərin də intensiv hərəkəti o yolda dağıntılara gətirib çıxara bilər” – deyə o bildirib.

Azər Allahverənov əlavə edib ki, bu məsələ ilə bağlı araşdırma aparılandan sonar daha ciddi nəsə demək olar.
 
Həzi

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM