• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni Zelandiya Rusiyaya qarşı sanksiya tətbiq edib

Yeni Zelandiya Rusiyaya qarşı sanksiya tətbiq edib
24.09.2024 22:50
Yeni Zelandiya Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.Bunu Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters deyib.

"Rusiyanın Ukraynaya qarşı davam edən qeyri-qanuni təcavüzkar müharibəsi beynəlxalq qaydalara ziddir. Zaporojye AES-in işğalı isə nüvə təhlükəsizliyinə ciddi təhlükə yaradır. Rusiya dərhal qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır”, – deyə zelandiyalı nazir bildirib.

O qeyd edib ki, yeni sanksiyalar işğala dəstək verən beş fiziki şəxsə və altı quruma təsir edəcək.

"Belarusa qarşı sanksiyalar isə Rusiyanın qeyri-qanuni hərəkətlərini dəstəkləyənləri pisləmək və məsuliyyətə cəlb etmək məqsədi daşıyır”.

Peters Yeni Zelandiyanın beynəlxalq tərəfdaşlarla kordinasiyalı şəkildə hərəkət etdiyini deyib.
 
2022-ci ilin martından bəri Yeni Zelandiya artıq 1700-dən çox fiziki və hüquqi şəxsə sanksiya, eləcə də bir sıra ticarət məhdudiyyətləri tətbiq edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub
Dünya 21:04
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub
Kubanıçbek Ömüralıyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
Dünya 19:28
Kubanıçbek Ömüralıyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
Ekspert: ABŞ-da yaşayış xərclərinin artması kütləvi etirazlara səbəb ola bilər
Dünya 16:23
Ekspert: ABŞ-da yaşayış xərclərinin artması kütləvi etirazlara səbəb ola bilər
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
Dünya 13:15
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
Qazaxıstanda “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolları”nın rəhbərləri saxlanılıb
Dünya 11:42
Qazaxıstanda “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolları”nın rəhbərləri saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol