Bakı Sərnişin Vağzalının yenidən qurulan inzibati binası əvvəlkindən xeyli fərqlənəcək.
Bunu Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Vağzalda vətəndaşların rahatlığı üçün bütün şəraitin yaradılacağını deyən qurum rəsmisi nəzərdə tutulan yenilikləri açıqlayıb: "Sərnişin vağzalında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sərnişinlər üçün bilet satışı həyata keçirilirdi. Vağzalda mehmanxana da fəaliyyət göstərirdi. Yeni layihəyə əsasən, vağzalda gözləmə otağı yenidən qurulacaq, ana və uşaqlar üçün isə xüsusi otaqların tikintisi həyata keçiriləcək. Bundan əlavə, vağzalda restoran və əyləncə obyektləri də tikiləcək. Sərnişinlərin təhlükəsizliyi üçün bir sıra işlər həyata keçirilməsi nəzərdə tutulur”.
Sözügedən binada hazırda təmir-tikinti işlərinin sürətlə davam etdirildiyini vurğulayan N.Əzməmmədov tikintinin nə vaxt yekunlaşacağının hələlik bilinmədiyini deyib: "Binada çox geniş səviyyədə təmir-tikinti işləri aparılır. Tikinti işləri bitdikdən sonra sərnişin vağzalı binasının Bakı şəhərinə xüsusi bir gözəllik verəcəyi şübhəsizdir”.
Qeyd edək ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı Sərnişin Vağzalı 1884-cü ildə istifadəyə verilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !