Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı başa çatıb.
AzNews.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, çempionatda iştirak edən hər üç növ üzrə yığma komandalarımız ümumilikdə 2 qızıl, 6 gümüş və 3 bürünc medal olmaqla 11 medal medalla Vətənə qayıdır.
Qızıl medalları yığma komandamıza sərbəst güləş üzrə yarışan Teymur Məmmədov (63 kq) və Şamil Sadullayev (85 kq) qazandırıb.
Nicat Abdullayev (76 kq), Soslan Fanziyev (85 kq) və Cavid Feyziyev (100 kq) yunan-Roma güləşində, Leyla Qurbanova (49 kq) qadın güləşində, Əfqan Xaşalov (50 kq) və Mahir Əmiraslanov (58 kq) isə sərbəst güləş yarışlarında yalnız finalda məğlub olaraq, komandamıza gümüş medal qazandırıb.
Bürünc medalları isə yunan-Roma güləşi üzrə Seymur Hüseynov (46 kq), İslambek Dadov (69 kq) və qadın güləşi üzrə Türkan Nəsirova (46 kq) əldə edib.
Bu nəticə ilə güləşçilərimiz komanda hesabında da ön sıralarda qərarlaşıb. Belə ki, 3 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında Rusiya yığması ilə eyni xalı toplayaraq ikinci nəticə göstərib. 2 qızıl və 2 gümüş medal qazanan sərbəst güləşçilərimiz isə komanda hesabında beşinci pillədə qərarlaşıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !