15 yaşlı Tristin Stüart 2014-cü ildən kəskin ayaq ağrılarından əziyyət çəkib. Ağrıların başladığı müddətdən iki il sonra ona sinovial sarkoma (aşağı və yuxarı ətrafların sinovial təbəqələrində müşahidə olunan çox nadir bədxassəli şiş - red.) diaqnozu qoyulub. Metastaz riksi yüksək olduğundan yeniyetmənin yalnız amputasiya olunacağı təqdirdə sağ qalacağı bildirilib.
Həkimlər ayağı tam deyil, yalnız baldır hissədən kəsib, sonradan sağlam hissəni dizə tərsinə, yəni pəncəsi arxaya tikməyi təklif edib. Bildiriblər ki, belə olan halda baldırla pəncəni birləşdirən oynaq diz rolunu oynayacaq və bu, protezdən istifadəni asanlaşdıracaq. Stüart bununla razılaşıb.
Amputasiyadan sonra yeniyetmə bir müddət yalnız əsanın köməyi ilə yerisə də, hazırda protezlə sərbəst şəkildə hərəkət edə bilir və "baş-ayaq" tikilmiş ayağı ilə qaçmağı öyrənməyə çalışır.
"Ayağın pis, ya yaxşı görünməsinin nə fərqi var?! Mənim üçün əsas yenidən qaçmağı öyrənməkdir. Buna nail olacağıma inanıram", – deyə pasiyent bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !