Yer kürəsi kosmik zibili qarşılamağa hazırlaşır

10:38 | 27.10.2015
Yer kürəsi kosmik zibili qarşılamağa hazırlaşır

Yer kürəsi kosmik zibili qarşılamağa hazırlaşır

Alimlər bu yaxınlarda kəşf edilmiş WT1190F adlı kosmik zibildən danışıblar. O, iki səbəbdən qeyri-adidir: bu, düşmə traektoriyasının hesablanması mümkün olan azsaylı obyektlərdəndir, bundan başqa, o, yerdən çox uzaqda Ay orbitindən kənarda yerləşirdi.

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, astronomların ehtimalları və düşmənin monitorinqi barədə Gizmodo məlumat yayıb.

WT1190F ilk dəfə 2015-ci ilin oktyabr ayının əvvəlində kəşf edilib. 2012 və 2013-cü il arxiv müşahidələrinə görə astronomlar onun traektoriyasını hesablaya biliblər.

WT1190F elliptik orbit üzrə hərəkət edir. Obyekt yerə noyabrın 13-də (Bakı vaxtı ilə 8.20-də) Şri-Lanka sahilindən təxminən 65 km uzaqlıqda düşəcək.

Obyektin uzunluğu 1-2 metrdir, aşağı səviyyəli bərkliyə malikdir.

"Bu, kosmik tarixin bizə qayıdan kabusudur”, - astrofizik Conatan Makdauell qeyd edib. Çox güman ki, söhbət istifadə edilən raketin örtüyündən gedir. Bu obyekt kosmosa hələ "Appolon” missiyası dövründə uça bilərdi.

Yerin uzaq orbitlərində WT1190F qəbildən olan 20-yə yaxın obyekt məlumdur. O, yaxın gələcəkdə yerə qayıdan yeganə obyektdir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM