Alimlər Yer kürəsinə yaxınlaşan nəhəng asteroid 2015 TB145-in ilk görüntülərini göstəriblər.
Asteroidi Amerikanın Havay adalarında yerləşən Pan-STARRS avtomatik sistemi kəşf edib, onun ilk görüntülərini isə Puetro-Rikoda yerləşən Aresibo rəsədxanası əldə edib, Oxu.Az NASA-nın rəsmi saytına istinadən xəbər verir.
Oktyabrın 30-da asteroidin 7,5 metr/piksel ölçüsündə 6 görüntüsü əldə edilib.
Görüntülərdə alimlər asteroidin mərkəzində tünd sahələr aşkar ediblər. Astronomların fikrincə bu sahələr kraterin təsir gücünün izləri ola bilər.
Radiolokasiya sistemi vasitəsi ilə alimlər asteroidin parametrlərini də öyrəniblər. Səma cisminin diametri 600 metrdir. Asteroid öz oxu ətrafında 5 saat ərzində tam dövrə vurur, və bizim planetə tərəf saniyədə 35 km sürət ilə yaxınlaşır.
Gözlənilir ki, səma cismi oktyabrın 31-də Yer kürəsinə 486 min kilometr məsafədə yaxınlaşacaq (Yerdən Aya qədər olan məsəfadən 1,3 dəfə çox).
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !