Günəş alimləri bildiriblər ki, 2030-cu ildən "kiçik buzlaşma dövrü” gözlənilir.
Günəş alimləri bildiriblər ki, 2030-cu ildən "kiçik buzlaşma dövrü” gözlənilir.
Hazırda yeni texnologiyalar Günəş siklini daha dəqiq araşdrırmaq imkanı verir, bu araşdırmalar isə Günəşin "ürək döyüntüsündə” son 11 ildə "aritmiya” aşkar edib.
Günəş proqnozları verən yeni texnologiya göstərir ki, onun aktivliyi 2030-2040-cı illər arasında 60 faiz yavaşıyacaq, bu isə öz növbəsində "mini buzlaşma” şəraiti yaradacaq.
Bu əvvəllər də olub
Belə bir hadisə artıq 1645-1715-ci illərdə baş verib.
Yeni araşdırmanın nəticələrini Britaniyanın Landudno şəhərində keçirilən Milli Astronomiya konfransında professor Valentina Zharkova təqdim edib.
Günəşin siklində hər 10-12 ildən bir dəyişikliklərin baş verməsi elmə 1843-cü ildən məlum idi.
Astrofiziklər bunu Günəşin dərin qatlarındakı "dinamo-mühərrikin” axınları ilə izah edirlər.
Professor Zharkova-nın alimlər qrupu Günəşdə onun səthinə yaxın ikinci "dinamo-mühərrikin” olduğunu kəşf edib.
Alimlər həmçinin Günəşin şimal və cənub yarımkürələri arasında iki axının maqnit dalğalarını da aşkar ediblər.
Dəqiq proqnoz
Professor Zharkova bildirir ki, onlar Günəş daxilindəki iki maqnit dalğasını toplamaq və onu Günəş fəaliyyətinin son illərdəki göstəriciləri ilə tutuşdurmaqla 97 faiz dəqiqliyi olan proqnoz qura biliblər.
Maqnit dalğalarının davranışı göstərir ki, yaxın iki günəş sikli arasında daha az ləkələr müşahidə olunacaq.
Bu isə 2022-ci ildə pikə çatacaq 25-ci sikl və 2030-2040-cı illəri əhatə edən 26-cı sikl dövründə Günəşin "soyuması” baş verəcəyini göstərir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !