Yerevan Ankaraya yeni “yol xəritəsi” təklif etdi

12:05 | 10.12.2013
Yerevan Ankaraya yeni “yol xəritəsi” təklif etdi

Yerevan Ankaraya yeni “yol xəritəsi” təklif etdi

Ermənistan-Türkiyə əlaqələrinin nizamlanması üçün Ermənistanda hazırlanan yeni “yol xəritəsi” 10 gün əvvəl gizli kanalla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna təqdim olunub. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda “Arovat” qəzeti Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat verib. Qəzet iddia edir ki, görünür, “qonşuları ilə sıfır problem” şüarı ilə başlayıb indiki məqamda “qonşuları ilə ciddi problemi olan” Ərdoğan hökuməti hazırda beynəlxalq aləmdə imicini xilas etmək üçün ciddi problemlə üzləşib: “Nəticədə Türkiyə tərəfi Ermənistanın təklif etdiyi “yol xəritəsi”ni gizli şəraitdə ciddi müzakirənin əleyhinə çıxmayıb”.

Qəzet qeyd edir ki, mənbə yeni “yol xəritəsi”ndəki 3 konkret təklifin bunlardan ibarət olduğunu bildirib:

1. Türkiyə açıq şəkildə erməni soyqırımını etiraf edir, öz məsuliyyətini boynuna alır və bütün dünya erməniləri qarşısında üzr istəyir;

2. Yubanmadan Ermənistan-Türkiyə sərhədi açılır və Ermənistanla diplomatik əlaqələr qurur;

3. Bundan sonra Türkiyə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə qoşulmaq imkanı qazanır.

Belə güman olunur ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dekabrın 12-də Yerevana səfəri zamanı erməni həmkarına rəsmi Ankaranın Ermənistanın təklif etdiyi “yol xəritəsi” ilə bağlı mövqeyini çatdıracaq.

Modern.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM