Yerevan polisindən nümayişçilərə sonuncu xəbərdarlıq: "...çəkilin!”

16:59 | 06.07.2015
Yerevan polisindən nümayişçilərə sonuncu xəbərdarlıq:

Yerevan polisindən nümayişçilərə sonuncu xəbərdarlıq: "...çəkilin!”

Ermənistan polisi elektrik enerjisinin qiymətinin artırılmasına etiraz olaraq Yerevanın Baqramyan prospektindəki aksiyanın təşkilatçılarına və iştirakçılarına yerli vaxtla saat 12:30-qa qədər prospekti boşaltmaqla bağlı müraciət edib. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, əks halda polis qanunla verilən səlahiyyətindən istifadə edəcək.

"Polis bu gün Baqramyan prospektində təxminən iki həftədir dayandırılan hərəkətin bərpasına hazırlaşır. Bu məqsədlə yolun hərəkət hissəsində gediş-gəlişə mane olan əşyalar götürüləcək”, - polisin bəyanatında bildirilir. 

Bundan başqa, polis bəyan edib ki, hüquq-mühafizə orqanlarının qanunsuz mitinqin təşkilatçılarına və iştirakçılarına Baqramyan prospektini könüllü boşaltmaqla bağlı çağırışlarına baxmayaraq, buna əməl edilməyib. Bu səbəbdən polis sonuncu dəfə xəbərdarlıq edib.

Artıq barrikadanın yığışdırılmasına başlanılırb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM