Yerevan Qarabağın “dövlət müstəqilliyini” tanıya bilər?

18:53 | 08.10.2015
Yerevan Qarabağın “dövlət müstəqilliyini” tanıya bilər?

Yerevan Qarabağın “dövlət müstəqilliyini” tanıya bilər?

Ermənistanın xarici işlər naziri rəsmi Yerevan tərəfindən Dağlıq Qarabağın "müstəqil dövlət kimi” tanınması istiqamətində addımların mümkünlüyünü istisna etməyib.

Edvard Nalbandyan bunu parlament tribunasından bəyan edib.

Diplomat bu məsələyə millət vəkili Zaruhi Postancyanın sualını cavablandıraraq toxunub.

Xanım Postancyan deyib ki, "Azərbaycan tərəfindən atəşkəs haqqında1994-cü il tarixli sazişə əməl edilmir, iriçaplı silahdan mülki əhali atəşə tutulur” və belə olan halda Qarabağın tanınması kimi daha qəti addımlar atıla bilərmi.

"Bununla bağlı dəfələrlə bəyan edilib ki, əgər danışıqları daha davam etdirmək mümkün olmasa, yəni iş həqiqətən hərbi əməliyyatlara çatsa, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin zəmini olaraq, müvafiq tədbirlər görər, o cümlədən, tanınması istiqamətində”, - Ermənistan XİN başçısı deyib. //bbc.com/azeri
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM