​Yerevanda aksiya iştirakçısı ağzını tikib

11:15 | 07.07.2015
​Yerevanda aksiya iştirakçısı ağzını tikib

​Yerevanda aksiya iştirakçısı ağzını tikib

Yerevanda "Azadlıq" meydanında gecələyən aksiyaçılardan biri ağzını tikib.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Xəbərə görə, Ovi adlı aksiya fəalı dodaqlarını sapla tikib. Buna görə də o, nə yemək yeyə, nə də yaxşı danışa bilir. Ovi ancaq su içə bilir: "Özümü yaxşı hiss edirəm və ağrımıram".

Etiraz aksiyasının liderlərindən biri David Sanasaryan isə aclıq aksiyasını davam etdirir. O, bu yaxınlarda polis tərəfindən saxlanılarkən, aldığı yüngül baş-beyin silkələnməsindən xəstəxanaya yerləşdirilmişdi. Gecə o da "Azadlıq" meydanında qalanlara qoşulub.

Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilirdi. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıtmış və həmin gün 237 aksiya iştirakçısı həbs olunmuşdu. Ötən gün isə Yerevanın Baqramyan prospektindəki aksiya dağıdılıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM