Yerevanda böyük mitinq başlayır

13:49 | 02.12.2013
Yerevanda böyük mitinq başlayır

Yerevanda böyük mitinq başlayır

Bir neçə dəqiqədən sonra Yerevandakı “Azadlıq” meydanında Ermənistanın Gömrük İttifaqına üzv olmasına etiraz edənlərin aksiyası başlayacaq. 

Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, yüzlərlə adamın yığışdığı meydana və onun ətrafına çoxsaylı polis qüvvələri yeridilib, nəticədə meydan giriş imkanları azalıb. Mülki geyimli polislərin də etirazçıların meydana tərəf yürüməsinə mane olduğu bildirilir. Yol polisi əməkdaşlarının isə aksiya ərəfəsində ərazidəki avtomobillərin “təmizlənməsi” əməliyyatına başlayıb. Etiraz aksiyasının prezident rezidensiyası qarşısında davam etdirilməsi də nəzərdə tutulub. Amma Baqramyan prospektində yerləşən rezidensiyanın dörd tərəfdən mühasirəyə alındığı haqda xəbər yayılıb. Sadə insanların hətta yol kənarındakı səkilərdən istifadəsinə belə imkan verilmir.

Qeyd edək ki, Rusiya prezidenti Putin bu gün Ermənistana səfərə gəlir. 

Modern.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM