Yerevandakı Rusiya səfirliyinin qəzəbli bəyanatları

12:17 | 02.11.2019
Yerevandakı Rusiya səfirliyinin qəzəbli bəyanatları

Yerevandakı Rusiya səfirliyinin qəzəbli bəyanatları



Rusiyanın Ermənistandakı səfirliyi bu günlərdə bir-birinin ardınca qəzəbli bəyanatlar verərək "qərbdən maliyyələşən bəzi QHT-lərin” Ermənistan-Rusiya müttəfiqliyini sarsıtmağa çalışdığını biildirib.

Bizimyol.info xəbər verir ki, erməni KİV-nin verdiyi məlumata gərə, səfirliyin birinci bəyanatı müdafiə naziri Sergey Şoyqunun Ermənistana oktyabrın 28-də etdiyi səfərin ardınca verilib. Həmin səfər zamanı Şoyqu Gümrüdəki 102-ci Rusiya hərbi bazasına baş çəkib, ona raport verilib ki, yeni silahlar və döyüş texnikası ilə təchiz edilməkdə olan bazanın döyüş gücü ikiqat artacaq.
 
"Bəzi qeyri-hökumət təşkilatları və "xaricdən qidalandırılan” KİV-lər Ermənistan rəhbərliyinin dəqiq mövqeyinə baxmayaraq Rusiya-Ermənistan münasibətlərinə nifaq salmağa çalışır”,-səfirliyin bəyanatında bildirilir.
 
Rusiya səfirliyində bununla bağlı sual yaranır: "Nəyə görə Rusiya-Ermənistan münasibətlərinin problemləri ruslar və ermənilər tərəfindən deyil, Qərbin maliyyələşdirdiyi QHT-lər və KİV-lər tərəfindən müzakirə olunur? Rusiya hərbi kontingentinin Ermənistanda mövcudluğunun öldürücü nəticələri barədə çoxsaylı "müstəqil” araşdırmaların müəlliflərinin məqsədi nədir? Sonda iki dövlətin tarixi əlaqələrinin dağıdılması kimə sərfəlidir? Birmənalı şəkildə demək olar ki, başlıca iştirakçılar-Rusiya və Ermənistan bunda maraqlı deyil”.
 
Bunun ardınca Rusiya səfirliyi Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakuntsun "Rusiyanın Ermənistandakı hərbi iştirakı və onun insan haqlarına təsiri” mövzusunda hesabatına qəzəbli reaksiya verib.
 
Səfirlik özünün Facebook səhifəsində yerləşdirdiyi bəyanatında bildirir ki, 102-ci hərbi bazanın fəaliyyətinin müxtəlif aspektləri barədə erməni cəmiyyətinin məlumatlandırılmasının vacibliyini şübhə altına almır və bu planda Rusiya tərəfi dialoqa açıqdır. "Lakin yenidən sual veririk: nəyə görə ölkələrimizin nə az, nə çox, suverenliyinə və təhlükəsizliyinə aid olan, ikitərəfli münasibətlərin fundamental məsələlərinə dair "araşdırmalar” Qərb fondlarından maliyyələşdirilir?”
 
Səfirlik bu cür ”müstəqil araşdırmaların” obyektivliyinin də sual altında olduğunu bildirir.
Artur Sakuntsun hesabatı Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində maliyyələşdirilib. Hesabatda deyilir ki, Ermənistanın əlində 102-ci hərbi bazanın fəaliyyətinə nəzarət və monitorinq üçün heç bir mexanizm yoxdur. Hesabatda bazanın fəaliyyətinin xronologiyası, hərbi bazaya dair iki ölkə arasında imzalanmış bütün sənədlər, Rusiya hərbçilərinin iştirakı ilə baş vermiş insidentlər, xarici hərbi iştirak və insan haqları arasında əlaqə təqdim olunur.
 
Doğrudur, Rusiya səfirliyinin qəzəbli bəyanatlarında Ermənistan hakimiyyətinin 102-ci bazaya qarşı aparılan təbliğatda iştirakı kənarda saxlanılır. Lakin "qərbdən maliyyələşən həmin QHT-lər və KİV-lər” hamısı əslində elə Nikol Paşinyanı hakimiyyətə gətirən qüvvələr arasında yer alıb. Və onlar indiki Ermənistan hakimiyyətinin kursunun müdafiəçiləridir. Digər tərəfdən Paşinyanın hökumətinin bir çox üzvlərinin Rusiyaya qarşı bəyanatları və fəaliyyətləri barədə faktlar ilə Rusiya mətbuatında da dəfələrlə sadalanıb. Bu baxımdan Rusiya səfirliyinin bəyanatında həm də hökumətə ünvanlanmış üstüörtülü mesajlar mövcuddur.(virtualaz.org)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb