Qərar Ermənistan Arxitektorlar İttifaqı və İctimai Şurasının etirazına səbəb olub
Yerevan şəhər meriyasının qərarı ilə "Zvartnots" hava limanının binası söküləcək.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Amma qərar Ermənistan Arxitektorlar İttifaqı və İctimai Şurasının etirazına səbəb olub.
Qeyd edək ki, "Zvartnots" hava limanı keçmiş SSRİ dövründə tikilib. 1980-ci ildə istifadəyə verilən hava limanı Ermənistanın, o cümlədən Yerevanın simvollarından biri sayılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !