Bakida yerli məhsulların sayı artdıqca ortaya bir sual
çıxır - məhsulların adlarının xarici dildə yazılması nə dərəcə
düzgündür? Azərbaycan Respublikası müstəqil dövlət olduğu kimi rəsmi dili də Azərbaycan
dilidir. Bəs görəsən yerli brendlərə məxsus məhsulların adları hansı dildə yazılmalıdır?
Məsəslə ilə bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Monitorinq şöbəsinin aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərovun fikrincə, yerli brendlərə məxsus malalrın üstünə xarici dildə yazı yazmaq olar , amma bu, ana dilində yazılandan daha qabarıq olmamalıdır.
"İstehsal olunan yerli mallarda xarici dildən
istifadə olunmasına icazə var. Lakin bəzən elə hallara rast gəlinir ki, yerli istehsalçı buraxdığı malın üstünə xarici dildə ifadələri istehlakçını aldatmaq məqsədi ilə yazır. Azərbaycanda istehsal olunan məhsulların adları birinci öz dilimizdə, daha sonra isə
başqa xarici dildə yazılmalıdır. Bu başqa dilin
məhz əksər hallarda rus dili olması yerli psixalogiya ilə bağlıdır".
Ekspertin sözlərini əsas götürüb paytaxt marketlərində kiçik bir monitorinq kecirdik. Bəlli oldu ki , Azərbaycanın yerli brendi olan MPro şirkətinə məxsus "xama"nın adı rusca azərbaycancaya nisbətən daha qabarıq yazılıb.
Kəsmik və kərə yağlarının altında isə məhsulların adları ancaq rus dilində verilib. Onların heç birində biz beynəlxalq dil kimi qəbul edilən ingilis ifadələrinə rast gəlmədik. O cümlədən, dükanlarda adı tək azərbaycan dilində yazılan və yerli brend istehsalı olan mallar da gözə dəymədi.
Ekspertlərin fikrincə, Azərbaycan tolerant ölkə olduğundan ölkəmizdə dünya xalqlarının bir çox nümayəndələri yaşayır, o cümlədən gələn turistlərin də sayı artmaqdadır. Amma bu fakt bizə yetəri qədər səbəb vermir ki, başqa dilə ehtiyac duyaq. Təəssüf ki, köhnə "məcburi” qəbul etdirilmiş əsarət psixalogiyamiz hələ də qalmaqdadir.
Fatimə Abdullayeva
Bizi sosial şəbəkələrdə izləyin !