Yevlax və Mingəçevirdə üç uşaq sahibsiz itlərin hücümuna məruz qalıb

19:40 | 19.05.2017
Yevlax və Mingəçevirdə üç uşaq sahibsiz itlərin hücümuna məruz qalıb

Yevlax və Mingəçevirdə üç uşaq sahibsiz itlərin hücümuna məruz qalıb

Onlara quduzluq əleyhinə vaksinlər vurulub

Yevlax və Mingəçevirdə üç azyaşlı sahibsiz itlərin hücümuna məruz qalıb.

"Report” Şirvan bürosunun məlumatına görə, Yevlax rayonunun Havarlı kəndində və Mingəçevir şəhərində üç azyaşlı uşağı sahibsiz it dişləyib.

Hadisə təqribən eyni vaxtda, amma müxtəlif ünvanlarda qeydə alınıb.

Belə ki, Mingəçevir şəhər sakini 2014-cü il təvəllüdlü İnci Səxavət qızı Mirzazadə, Mingəçevir şəhər sakini 2009-cu il təvəllüdlü Fəxriyyə Heydər qızı Mehdizadə və Yevlax rayonunun Havarlı kəndində yaşayan Laçın rayonundan olan məcburi köçkün 2004-cü il təvəllüdlü Elnur Əhməd oğlu Əhmədov yaşadıqları ərazilərdə sahibsiz itlərin hücumuna məruz qalıb. Hər üç uşağı it dişləyərək xəsarət yetirib.

Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılan uşaqlara ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə profilaktik vaksinlər vurulub. Azyaşlıların durumu normaldır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM