Yevlaxda ağır qəza, yaralılar var - Fotolar

22:42 | 22.10.2021
Yevlaxda ağır qəza, yaralılar var - Fotolar

Yevlaxda ağır qəza, yaralılar var - Fotolar

Yevlaxda beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qaraməmmədli kəndində baş verib.

Belə ki, VAZ 21011 markalı minik avtomobili VAZ 21-07 markalı minik avtomobili ilə toqquşub.

Qəza zamanı beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanlar 1982-ci il təvəllüdlü Günay Rəhimova, 1976-cı il təvəllüdlü Xumar Zeynalova, 1946-cı il təvəllüdlü Əsli Eyvazova, 1969-cu ilə təvəllüdlü Yaqub Əhmədov və 1965-ci il təvəllüdlü Qədir Qədirovdur.
Faktla bağlı araşdırma aparılır.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb