Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

22:37 | 03.12.2023
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Yevlax rayonunun Tanrıqullar kəndində baş verən ağır yol qəzasında dörd nəfər xəsarət alıb.

"Report”un Qərb bürosunun məlumatına görə, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində iki minik avtomobil toqquşub.

Qəzada 1982-ci il təvəllüdlü V. Hüseynov, 1987-ci il təvəllüdlü T. Əliyev, 1987-ci il təvəllüdlü R. Şaqavatov və həmçinin onun həyat yoldaşı xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM