Yevlaxda narkotik becərən şəxs həbs edilib

23:59 | 22.05.2019
Yevlaxda narkotik becərən şəxs həbs edilib

Yevlaxda narkotik becərən şəxs həbs edilib

Yevlax rayonunda kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrurundan ONA-ya verilən məlumata görə, mayın 21-i daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon Yuxarı Qarxun kənd sakini Elməddin Uğuruyevin Duzdağ kəndində yerləşən açıq sahədə aqrotexniki qaydada yetişdirdiyi 10-12 santimetr uzunluqda 19 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Götürülmüş çətənə kolları maddi sübut kimi eksrertizaya təqdim olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM