KONKRET.az xəbər verir ki, Milli-azadlıq hərəkatının tanınmış simalarından olan, Elçibəy hakimiyyəti zamanı Yevlax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Rafiq Həsən vaxtsız vəfat edib.
Bu barədə mərhumun dostları sosial mediada məlumat yayıblar. Bildirilir ki, Rafiq Həsənin vəfatı qəfildən olub. Belə ki, mərhum xəstə deyilmiş.