YÜklərin dəmiryolu ilə daşınması qaydaları müəyyən olunub

11:11 | 05.09.2024
YÜklərin dəmiryolu ilə daşınması qaydaları müəyyən olunub

YÜklərin dəmiryolu ilə daşınması qaydaları müəyyən olunub

Baş nazir Əli Əsədov dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları təsdiq edib.  Bu barədə Nazirlər Kabineti məlumat yayıb. 

"Ümumi istifadədə olan dəmiryol nəqliyyatı ilə daşımaların təşkilati və texniki xüsusiyyətləri ilə bağlı bu Qaydalar və tərəflər arasında bağlanılmış müqavilə ilə tənzimlənməyən məsələlər infrastruktur sahibi və daşıyıcı tərəfindən müəyyən edilmiş tələblərə uyğun olaraq tənzimlənir",  -  qaydalarda bildirilir. 

Qərara əsasən, yükün daşınması daşıyıcı tərəfindən həyata keçirilir.

Dövlət sirri sayılan məlumatların olduğu sifarişlər istisna olmaqla, dəmiryol nəqliyyatı ilə yük daşınmasının həyata keçirilməsi üçün yükgöndərən tərəfindən daşıyıcının internet informasiya ehtiyatı üzərindən daşıyıcıya yükdaşıma sifarişi təqdim edilir.

Daşıyıcı (daşıyıcı eyni zamanda infrastruktur sahibi olduğu hallar istisna olmaqla), ona təqdim edilmiş yük daşıma sifarişinə 3 (üç) iş günü müddətində baxır və bu Qaydalarda nəzərdə tutulmuş hallardan hər hansı biri olmadıqda həmin sifarişi razılaşdırmaq üçün infrastruktur sahibinə onun elektron platforma üzərindən göndərir.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM