Yüksək markalı benzin növləri üzrə gömrük idxal rüsumu ləğv edildi - Azərbaycanda

14:12 | 26.02.2014
Yüksək markalı benzin növləri üzrə gömrük idxal rüsumu ləğv edildi - Azərbaycanda

Yüksək markalı benzin növləri üzrə gömrük idxal rüsumu ləğv edildi - Azərbaycanda

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişiklik benzin növləri üzrə gömrük idxal rüsumu dərəcələri ilə bağlıdır.

 Dəyişikliyə əsasən, 95-dən az oktan ədədi ilə ifadə olunan (A-72 markalı) benzin növü üzrə 15 faizlik gömrük idxal rüsumu ləğv edilib. Bu qərar 2014-cü il iyunun 1-dək qüvvədədir. A-95 və daha yüksək markalı benzin növləri üzrə də 15 faizlik gömrük idxal rüsumu ləğv edilib və bu, zamanla məhdudlaşdırılmayıb. Yüksək markalı benzin növləri üzrə gömrük idxal rüsumunun ləğv edilməsi fevralın 1-dən qüvvədədir. Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2014-cü il 21 yanvar tarixli 16 nömrəli qərarını isə ləğv edib. Həmin qərara əsasən, bütün benzin növləri üzrə 15 faizlik gömrük idxal rüsumu bu il iyunun 1-dək ləğv edilmişdi. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM