Yığmamız Avropa çempionatına buraxılmır

14:36 | 18.03.2014
Yığmamız Avropa çempionatına buraxılmır

Yığmamız Avropa çempionatına buraxılmır

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi növbəti Avropa çempionatına buraxılmır.Bu barədə apasport.az saytına yığma komandamızın sabiq baş məşqçisi Vahid Nəzərov məlumat verib.Onun sözlərinə görə, buna səbəb ötən il Antalyada baş tutan qitə çempionatında medal qazanmış 5 atletimizin dopinq qalmaqalı ilə üzləşməsidir. Mükafatlardan məhrum edilən idmançılarımızın istifadəsi qadağan olunan dərman preparatlarından istifadəsi yığmamızın yarışdan kənarda qalmasına gətirib çıxarıb.Buna görə də aprelin 3-dən 13-dək İsrailin paytaxtı Təl-Əvivdə baş tutacaq Avropa çempionatı Azərbaycan millisi olmadan keçiriləcək. Artıq turnirin rəsmi internet səhifəsində iştirakçıların tam siyahısı yer alsa da, 253 atlet arasında heç bir idmançımız yoxdur.Yarışda ölkəmizi hakim kimi təmsil edəcək Nəzərov bildirib ki, dopinq qalmaqalı həll olunmayana qədər millimiz bütün beynəlxalq yarışlardan kənarda olacaq. Bu azmış kimi, Azərbaycan Ağır Atletika Federasiyasını 500 min avroya kimi cərimə, idmançılarımızın isə 2 ildən 4 ilədək diskvalifikasiya olunacağı gözlənilir.Qeyd edək ki, Antalyada keçirilmiş Avropa çempionatında Valentin Xristov (62 kq) və İntiqam Zairov (94 kq) qızıl, Sərdar Həsənovla (69 kq) Silviya Anqelova (48 kq) gümüş, Zülfüqar Süleymanov (62 kq) bürünc medal qazanmışdı. Lakin Beynəlxalq Ağır Atletika Federasiyasının saytında onların hamısının medaldan məhrum edildikləri və diskvalifikasiya olunacaqları qeyd olunub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM