Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı hücumçu karyerasını Almaniyanın “Svaybrukken” klubunda davam etdirəcək.
Bu komanda Regionalliqanın Cənub-Qərb zonasında çıxış edir. Bunadək də eyni zonada çıxış edən “Kayzerslautern-2”nin şərəfini qoruyan Rüfət komandasını dəyişməklə daha çox oyun praktikası qazanmaq niyyətindədir.
Belə ki, əvvəlki klubunda ehtiyatda qalan Dadaşov sonradan meydana daxil olduğu hər oyunda 20 dəqiqədən çox oynamırdı. Yığmamızın üzvü son mövsümdə komandasında 23 matça 5 qol da vurub.
Qeyd edək ki, Rüfət Azərbaycan millisində 12 oyunda 4 qol vurub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !