Yoahim Löv: “İstədiyim oyunu tgörmədim”

08:59 | 27.03.2017
Yoahim Löv: “İstədiyim oyunu tgörmədim”

Yoahim Löv: “İstədiyim oyunu tgörmədim”

"Oyundan razı qaldım. Amma komandadan daha yaxşı oyun gözləyirdim”. Apasport.az saytı xəbər verir ki, bu sözlər Almaniya yığmasının baş məşqçisi Yoahim Lövə məxsusdu.
 
DÇ-2018-in seçmə mərhələsində millimizin qonağı olan Bundestim asan qalib gələrək (4:1) yoluna itkisiz davam edib.
 
Oyundan sonra keçirilən mətbuat konfransında Lövün qələbə şərhi belə olub: "Bundan da yaxşısını bacararıq. Bu gün istədiyim oyunu tam görmədim. Onu da deyim ki, 5 və 8 il əvvəlki ilə müqayisədə tam fərqli Azərbaycan yığması gördüm. Müdafiəyə oturmur, əzmkar futbol göstərir, hücuma atılır. Norveçi məğlub edən komandadan söhbət gedir. Biz buna hazır idik. Azərbaycan yığmasının bugünkü oyunu çox xoşuma gəldi. Ötən illərlə müqayisədə bu komanda çox inkişaf edib”.
 
Andre Şürrlenin çıxışını şərh edən məşqçi deyib: "Şürrle "Borussiya”da daim oynamasa da, onu dəvət etdim. Dünənki məşqdən razı qalmışdım. Açığı, ondan bu cür oyun gözləmirdim. 2 qol vurdu və necə keyfiyyətli futbolçu olduğunu ortaya qoydu. O, bizim üçün çox vacib futbolçudur”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM