Yol Polisi ləğv edilir? - VAQİF ƏSƏDOVDAN AÇIQLAMA

16:59 | 15.08.2019
Yol Polisi ləğv edilir? - VAQİF ƏSƏDOVDAN AÇIQLAMA

Yol Polisi ləğv edilir? - VAQİF ƏSƏDOVDAN AÇIQLAMA

"Dövlət Yol Polisinin ləğv olunacağı ilə bağlı məlumatım yoxdur. Əgər Daxili İşlər naziri Vilayət Eyvazov bu addımı atarsa, bizə də əməl etmək düşər. Biz verilən göstərişi qətiyyətlə yerinə yetirməklə vəzifələndirilmişik”.

Bu sözləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov yol polisi sisteminin ləğv olunacağı barədə mediada yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Dövlət Yol Polis İdarəsiylə bağlı hər hansı qərar verilərsə əməkdaşlar bu qərarı normal qarşılamalıdır.
Polkovnik həmçinin belə bir qərarın veriləcəyinə inanmadığını da deyib: "Təəssüf ki, sürücülər arasında yol hərəkəti qaydalarında mədəniyyət yüksək səviyyədə deyil. Bu gün yollardakı qayda-qanunla bağlı tətbiq edilən texnologiyalar, qanunvericilikdə edilən əlavə və dəyişikliklər polis iştirakçısı olmadan hər bir hərəkət iştirakçısı fərdi olaraq öz təhlükəsizliyini təmin edə bilər.

Amma görünən odur ki, biz cəmiyyət olaraq buna hələ hazır deyilik. Polisin köməyi olmadan heç bir hərəkət iştirakçısı hərəkətini tənzimləyə bilmir. Bizim mental xüsusiyyətlərimiz buna imkan vermir. Ona görə də nazirin bu addımı atacağına inanmıram”.
Qeyd edək ki, Daxili İşlər naziri Vilayət Eyvazovun polis sistemində köklü dəyişikliklər aparacağı, o cümlədən, Dövlət Yol Polisi sistemini ləğv edəcəyi barədə məlumat yayılıb. /teleqraf/
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb