Hadisə YPX-in sürücüsünün Jiquli markalı minik maşınını qovan zaman baş verib. Yol Polis Xidmətinin əməkdaşı qəzaya səbəb olub.
Bununla bağlı ANSPRESS-in portalının “qaynar xətt”inə Xudat şəhərindən zəng edərək xəbər veriblər. Şahidlərin sözlərinə görə, YPX-in sürücüsü 10 OK 765 nomrəli Jiquli markalı “VAZ 2107” minik maşınını qovan zaman qəza baş verib.
Hadisə zamanı xəsarət alan olmasa da maşınlara ciddi ziyan dəyib. Bu informasiyanı ətrafda olan sürücülər də təsdiq edib.
Qeyd edək ki, qəzadan sonra 10 YP 769 markalı YPX maşını hadisə yerindən uzaqlaşıb.
10 OK 765 markalı minik maşınının sürücüsünün Quliyev Saleh olduğu deyilir.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !