Ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Albert Tahirovun bəraət hökmündən Ali Məhkəməyə müraciət edilib.
Ali Məhkəmədə kassasiya protesti hakim Fərhad Kərimovun icraatına verilib.
Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.
Hadisə 14 may 2018-ci ildə Sumqayıt şəhərində baş verib. A.Tahirovun idarə etdiyi avtomobil yol polisi əməkdaşı Bağırzadə Xəyyam Yusif oğlunun avtomobili ilə toqquşub. Nəticədə, X.Bağırzadə vəfat edib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. Yeni hökmə əsasən, təqsirləndirilən şəxsə bəraət verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !