• $ 1.7
  • € 1.7774
  • ₽ 1.8994
  • ₺ 0.047
  • £ 2.1344

Yol polisi təhlükəsizlik kəməri ilə bağlı müraciət edib

Yol polisi təhlükəsizlik kəməri ilə bağlı müraciət edib
10.02.2024 15:14
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi təhlükəsizlik kəməri ilə bağlı müraciət edib.

Müraciətdə deyilir:

"Təhlükəsizlik kəməri bizi həyata bağlayan bağdır. Müasir avtomobillər uzun inkişaf yolu keçsə də, passiv təhlükəsizlik sisteminə aid olan təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri qoruyan əsas vasitələrdən biridir. Dəfələrlə təsdiq olunub ki, yol-nəqliyyat hadisələrində təhlükəsizlik kəmərindən istifadə edən sürücü və ya sərnişinlər, kəmərdən istifadə etməyənlərə nisbətən daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz kəməri bağladıqları üçün sağ qalır.

Təəssüflə qeyd etməliyik ki, 2023-cü il ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 31,0 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub.

Qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhülkəsizlik kəmərini bağlamalıdır. Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir.

Hərəkət vaxtı sərnişinlərinin təhlükəsizlik kəmərlərini bağlamalarına nail olan sürücü, həm qanunun tələbini yerinə yetirir, həm də gələcəkdə özü üçün yarana biləcək hüquqi problemlərin qarşısını alır. Sərnişinlər də təhülkəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olurlar.
Unutmayaq ki, təhlükəsizlik kəməri avtomobildə hərəkət zamanı bizi həyata bağlayan bağdır".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Cəmiyyət 12:50
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Объявлены нерабочие дни на праздники Новруз и Рамазан
Cəmiyyət 12:24
Объявлены нерабочие дни на праздники Новруз и Рамазан
Sabah hava yağmursuz olacaq
Cəmiyyət 12:23
Sabah hava yağmursuz olacaq
Mart ayında iş və istirahət günlərinin yerləri dəyişdirilib
Cəmiyyət 12:08
Mart ayında iş və istirahət günlərinin yerləri dəyişdirilib
DYP sürücülərə müraciət edib
Cəmiyyət 12:00
DYP sürücülərə müraciət edib
Azərbaycan ordusunda andiçmə mərasimlərinin vaxtı açıqlanıb
Cəmiyyət 11:38
Azərbaycan ordusunda andiçmə mərasimlərinin vaxtı açıqlanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:42
Faktiki hava açıqlanıb
Seçkilərdə qalib gəldi, bir gün sonra öldü
Cəmiyyət 10:36
Seçkilərdə qalib gəldi, bir gün sonra öldü
Bu müəssisələrin lisenziyaları ləğv olunub
Cəmiyyət 09:45
Bu müəssisələrin lisenziyaları ləğv olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol