Yol polisindən sürücülərə jest - VİDEO

12:22 | 14.08.2019
Yol polisindən sürücülərə jest - VİDEO

Yol polisindən sürücülərə jest - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi yollarımızda ağır qəzaların baş verməməsi üçün müxtəlif addımlar atır.
 
Anews.az xəbər verir ki, Qurban bayramı ilə əlaqədar gücləndirilmiş rejimdə işləyən Yol Patrul Xidməti Alayının bütün stasionar postlarında sürücülürlə marrifləndirmə işi aparan yol polisi hesab edir ki, son günlər baş verən qəzalarda sürücülərin sükan arxasında yorğun və yuxusuz olması də böyük rol oynayır. Odur ki, YPX postlarında saxlanılan avtomobillərin sürücülərinə qısamüddətli istirahət etmək təklif olunur, sürücü və sərnişinlər postların ərazisindəki bulaqdan su içir, əl-üzlərini yuyub dincəldikdən sonra yola davam edirlər.

Bu dəfə isə YPX Alayının 11-ci tağımın əməkdaşları sürücülərə su paylayıb. Belə ki, postda saxlanılan sərnişin mikroavtobuslarının sürücüləri əvvəlvə bulaqda əl-üzünü yuyub. Burada yol polisləri həm sürücülər, həm də onların daşıdığı sərnişinlərlə maarifləndirici söhbətlər aparıblar. Sonra isə YPX əməkdaşları sürücülərə su paylayıb, sükan arxasında diqqətli olmaq, yorğun və yuxusuz halda avtomobil idarə etməmək tövsiyə edilib.
Avtosfer.az postun ərazisində çəkilən həmin görüntüləri təqdim edir:
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM