Yol polisləri ağır qəza törətdi: yaralılar var - VİDEO

22:52 | 15.09.2019
Yol polisləri ağır qəza törətdi: yaralılar var  - VİDEO

Yol polisləri ağır qəza törətdi: yaralılar var - VİDEO

Bu gün səhər 7:00 radələrində yol polisləri ağır qəza törədiblər.

Anews.az BakuPost-a istinadən xəbər verir ki, 99 YP 468 nömrə nişanlı avtomobillə qəzaya düşən polislər Bakı Şəhər Yol Polisi İdarəsinin gecə növbəsinin əməkdaşları olub.
 
Yayılan videodan görünür ki, onların vəziyyətləri ağır olub.
 
Hadisə Binəqədi rayonu ərazisində, Azadlıq prospektində baş verib.
 
Qəza barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BakuPost-a bildirib ki, faktla Bağlı Binqədi RPİ-də araşdırma başlanılıb, hadisənin təfərrüatları öyrənilir:
 
"Hadisə ehtiyatsızlıqdan baş verib. Xəsarət alan əməkdaşlarımız DİN-in Hospitalana yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir”.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb