Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC yaxın günlərdə Nərimanov rayonunun Ələsgər Qayıbov və Yasamal rayonunun Bəxtiyar Vahabzadə küçələrində əsaslı təmir işlərini planlaşdırır.
ANS PRESS-in "Azəryolservis” ASC-yə istinadən verdiyi məlumata görə, təmir ilə bağlı hazırlıq işləri aparıldığından sözügedən küçələrdə yerləşən mövcud yeraltı kommunikasiya xətlərinin texniki vəziyyətini araşdıraraq cəmiyyətə müraciət etmələri xahiş olunur.
Əks halda təmirdən sonra kommunikasiya xətlərində baş verən problemlərə görə yol təsərrüfatı orqanı məsuliyyət daşımayacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !