Azad olunmuş zonalarda bu yollar BƏRPA OLUNUR

12:08 | 21.10.2021
Azad olunmuş zonalarda bu yollar BƏRPA OLUNUR

Azad olunmuş zonalarda bu yollar BƏRPA OLUNUR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qarabağın bərpası və infrastrukturda 13 layihəsi təsdiqlənib,hazırda 10 layihə üzrə işlər davam edir. 
 
Bunu anews.az-a açıqlamasında agentliyin informasiya texnologiyaları şöbəsinin mütəxəssisi Rəşad Ələkbərov bildirib. 
 
Zəfər yolu Əhmədbəyli - Füzuli - Şuşa avtobil yolunun bərpasına 2020-ci il noyabrında başlanıb. Uzunluğu 105.5 km, II texniki dərəcəli, 2 hərəkət zolaqlı yoldur. "Zəfər yolu"nun bərpasında podratçı "16 nömrəli XTYİ" MMC, "7 nömrəli MYİ"MMC, "23 nömrəli Yİ" MMC, "43 nömrəli Yİ" MMC, subpodratçı isə AZvirt və Colindir. Bərpa işlərində torpaq işləri, yol geyimi,boru və keçidlərin tikintisi işləri , körpülərin tikintisi  100% bərpa olunub, beton,küvet,qanov vədrenaj işləri 80% icra olunub. Yaxın günlərdə yolun açılışı olacaq. Açılışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən olunacağı gözlənilir. 
 
Əhmədbəyli - Horadiz- Cəbrayıl - Zəngilan-Ağbənd avtomobil yolunun bərpasına 2021-ci ilin iyununda başlanılıb. Bərpa işlərinin başa çatması 2024-cu ilin dekabrı üçün nəzərdə tutulub. Uzunluğu 128 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı yoldur. Podratçı 16 nömrəli XTYİ" MMC, subpodratçı AZvirt və Colindir.
Yolun 23-36 km hissələri təhlükəli minalı ərazilər hesab edilir, təmizlənməsi üçün müraciət olunub. 0-23, 50-66-cı hm hissələrində torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 15%, boru və keçidlərin tikintisi 10%, körpülərin tikintisi isə 8% icra olunub. 
 
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisinə 2021-ci ilin aprelində başlanılıb və 2023-cü ilin oktaybrında təhvil verilməsi nəzərdə tutulub. 43 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı yoldur. Podratçı "13nömrəli XTYİ" MMC sudpotratçı isə KBT -dır. Torpaq işləri 48,2 %, yol geyimi 3,6%,boru və keçidlərin tikintisi 40%, körpülərin tikintisi 43,8% icra olunub. 
 
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinə 2020-ci ilin noyabrında başlanılıb. İnsfrastruktur işlərinin 2024-cü ilin noyabrında bitməsi planlaşdırılır. Yol 81.6km, I texnili dərəcəli, 4 hərəkət zolaqlıdır. Podratçı "16 nömrəli XTYİ" MMC, "7 nömrəli MYİ"MMC, "23 nömrəli Yİ" MMC, "43 nömrəli Yİ" MMC, subpodratçı isə AZvirt,Cengiz və Colindir. 0-17,32-34-cü km hissələri minadan təmizlənmiş, 0-17,32-36,40-42,51-52,58-63,70-71-ci km hissələrində torpaq yatağının tikintisi, 37,50-ci km-də körpülərin,80,81-ci km-də tunellərin və alt keçidlərin tikintisi aparılır. 
 
Talış- Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun tikintisinə 2020-ci ilin martında başlanılıb. Yolun bərpa işlərinin başa çatması 2022-ci ilin sentyabrında nəzərdə tutulub. 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı yoldur. Podratçı "17 nömrəli Yİ" MMC-dir. 0-6 km hissəsi minadan təmizlənmiş, həmin hissədə torpaq yatağı, su ötürücü borular və yolun əsası, 0-1.8 km hissəsində asfalt-beton örtük tikilib. 
 
 
Bərdə-Ağdam avtomobil yolunun yenidən qurulmasına 2021-ci ilin martında başlanılıb. Bərpa işlərinin başa çatması 2020-ci ilin dekabrına planlaşdırılır. Yol 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı yoldur. Podratçı "54 nömrəli Yİ" MMC. subpodratçı KBT-dir. Torpaq işləri 39.%, yol geyimi 3.9%, boru və keçidlərin tikintisi işləri 20%,körpülərin tikintisi 76% icra olunub. 
 
Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisinə 2021-ci ilin iyulunda başlanılıb. Yol2022-ci ilin sentyabrında təhvil veriləcək. 23km,II texniki dərəcəli, 2 hərəkət zolaqlı yoldur. Podratçı "37 nömrəli Yİ" MMC, subpodratçı Polad-dır. Avtomobil yolunun lahiyələndirilməsi ilə paralel olaraq,torpaq işlərinin yerinə yetirilməsi həyata keçirilir, 13 km hissədə torpaq yatağının tikintisi işləri yerinə yetirilib. 
 
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisinə 2021-ci ilin iyununda başlanılıb. Yolun bata çatdırılması 2023-cü ilin oktybarına planlaşdırılır. 83 km,I texniki dərəcəli, 4 hərəkət zolaqlı yoldur. Podratçı "37 nömrəli Yİ" MMC, sudpodratçı Polad-dır. Hazırda həmin yol üçün ərazilərin minalardan təmizlənməsi üçün müraciət olunub, Qubadlı-Laçın istiqamətində 0-37 km, Xanlıq istiqamətində 0-1 və 5-14km hissədə torpaq yatağı tikilmiş, 1 və 22-ci km-də körpü tikinti işləri aparılır, tarixi abidələrin araşdırılması tamamlanıb, topoqrafiq işlər davam etdirilir. 
 
Toğanlı-Kəlbəcər-İstisu avtomobil yolunun və tunelin tikintisi işlərinə 2021-ci ilin noyabrında başlanılıb və təhvil verilməsi 2026-ci ilin sentyabrına planlaşdırılıb. Yol 80/7 km, I-II texniki dərəcəli,2-3 hərəkət zolaqlı, tunel 11.6 kmdir. Podratçı "3nömrəli MYİ" MMC, subpodratçı Cengiz-dir. Tikinti işləri üçün ərazilərin minalardan təmizlənməsi üçün müraciət olunub, 7km Toğanlı,kənd yolunda asfalt-beton örtük tikilmiş, 48 km mövcud yolun genişləndirilməsi və hərəkətə yararlı vəziyyətə gətirilmiş, 14 km hissəsinə asfalt-beton örtük döşənib, prezident tərəfindən yolda yerləşən tunellərin təməlqoyma mərasimi keçirilib. Torpaq işləri 34%, yol geyimi 4%, boru vəkeçidlərin tikintisi 35%, körpülərin tikintisi 27%icra olunub.
 
Kəlbəcər-Laçın avtomobil yolunun və tunelin tikintisinə 2021-ci ilin sentyabrında başlanılıb və təhvil verilməsi 2025-ci ilin oktyabrında nəzərdə tutulub. Yol 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel 9.8 km-dir. Podratçı  "3nömrəli MYİ" MMC, subpodratçı isə Colin və AZvirt şirkətidir. Hazırda yolun torpaq yatağının tikintisi işlərinə başlanılıb. 
 
Füzuli-Hadrut avtomobil yolunun tikintisinə 2021-ci ilin mayında başlanılıb və təhvil verilməsi 2022-ci ilin sentyabrına planlaşdırılıb. Yol 13km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı yoldur. Podratçı "16 nömrəli XTYİ" MMC, sudpodratçı AzVirt şirkətidir. Hazırda 0-3.5 km hissəsində torpaq işləri və yol yatağının tikintisi başa çatıb. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM