Yolkayla ərini döyən polis arvadı HƏBS OLUNDU

16:46 | 03.12.2013
Yolkayla ərini döyən polis arvadı HƏBS OLUNDU

Yolkayla ərini döyən polis arvadı HƏBS OLUNDU

ABŞ-ın Florida ştatının Ernando bölgəsində yaşayan qadın ərini süni Yeni İl yolkasıyla döydüyünə görə həbs edilib. 

ANN.Az-ın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, 29 yaşlı Eşli Cenkins insident baş verməzdən öncə, ərinə qışqırıb, evdəki müxtəlif əşyaları onun üstünə atıb, ən sonda isə mübahisədən qaçmaq istəyən ərinə yolka ağacı ilə zərbələr endirməyə başlayıb. Qadının hansı səbəbdən özündən çıxdığı məlum deyil. Tərəflər mübahisə edən zaman ərin atasının onları müşahidə etdiyi bildirilir. 

Hadisə yerinə polislər çağırılıb (Cenkinsin əri də hüquq mühafizə orqanlarında çalışır). Polis qadını zorakılıq tətbiq etməkdə ittiham edərək saxlayıb. O, 31 dekabrda baş tutacaq məhkəməyə qədər polis şöbəsində saxlanılacaq. 

ABŞ da daxil olmaqla bir çox ölkələrdə qış bayramları öncəsində ailədaxili münaqişələrin sayı artır. Milad və Yeni İl bayramlarına hazırlıqla bağlı stresin buna səbəb olduğu bildirilir. 2010-cu ildə keçirilən sorğunun nəticələrinə görə, ailə üzvləri ən çox televizor pultu uğrunda münaqişəyə girirlər. 

ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb