Yolu keçmək istəyən kişini maşın vurub öldürdü - Foto

21:07 | 20.01.2022
Yolu keçmək istəyən kişini maşın vurub öldürdü - Foto

Yolu keçmək istəyən kişini maşın vurub öldürdü - Foto

Zaqatalada minik avtomobilinin vurduğu piyada hadisə yerində dünyasını dəyişib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Zaqatala-Qax magistral yolunun Muxax kənd ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Zaqatala rayonunun Yeni Suvagil kənd sakini Ömərov Elvin idarə etdiyi "Opel Vecrta” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 41 yaşlı Muxax kənd sakini İsayev Nizami Şuay oğlunu vurub.

Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Faktla baglı araşdırma aparılır.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb