"YOU CAN" layihəsində görmə qabiliyyətini tamamilə itirən şəxs uğurlarını bölüşdü - FOTO

15:44 | 27.05.2016

"YOU CAN" layihəsində görmə qabiliyyətini tamamilə itirən şəxs uğurlarını bölüşdü - FOTO

HUMAN Fondunun təşkil etdiyi "YOU CAN" ("Sən bacararsan") layihəsinin üçüncü tədbiri keçirilib.

"Report” xəbər verir ki, "YOU CAN" layihəsinin növbəti iştirakçısı 8 yaşında keçirdiyi qəza nəticəsində görmə qabiliyyətini tamamilə itirən Elman Suleymanov olub. O piano üzrə yerli və beynəlxalq müsabiqələrdə iştirak edib və müxtəlif yerlərə layiq görülüb, Türkiyədə psixologiya fakultəsində təhsil alıb. Eyni zamanda E.Suleymanov "Bizim Gənclik” İctimai Birliyinin sədri olaraq fəaliyyət göstərib, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu ilə əməkdaşlıq edərək bir sıra layihələrə rəhbərlik edib, beynəlxalq layihələrdə motivasiya mövzusunda təlimçi və "public speaker” kimi iştirak edib. O hazırda psixologiya sahəsində təhsilini davam etdirir, bir neçə araşdırma və kitab üzərində çalışır. E.Suleymanov Azərbaycanda psixologiya sahəsində olan ilk start-up layihəsinin müəllifi və idarəçisidir.

Qeyd edək ki, HUMAN Foundation (HUMAN Fond) milliyət, din və irqdən asılı olmayaraq insan birliyidir. Bu fondda hər kəs bilik, bacarıq, təcrübə, dəstək və sevgini sonsuz bölüşür. YOU CAN layihəsi (#youcan) mütəmadi olaraq həyatın böyük maneələrinə baxmayaraq, uğur qazanmış fiziki məhdudiyyətli insanların çıxışlarını təşkil edir. Layihənin məqsədi insanların istiqamətləndirilməsi və motivasiya olunmasıdır.

HUMAN Fondunun (HUMAN Foundation) YOU CAN layihəsi YARAT Müasir İncəsənət Mərkəzində Baku Business Factory dəstəyi ilə həyata keçirilir. Layihənin çəkilişi "1Studio”nun dəstəyi ilə aparılır.
 






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM