“Mən əxlaqsızam?”
Məşhur Hollivud aktrisası Penelopa Kruz Agent Provocateur alt paltarı brendi üçün çəkildiyi açıq-saçıq reklam çarxı təhlükəli kontent haqqında xəbərdarlıqla müşayiət olunmağa başladıqdan sonra YouTube servisini senzurada ittiham edib.
ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, lüks brend üçün şəxsi xətti hazırlamaqda aktrisaya təxribat xarakterli videoda hamilə olaraq çəkilmiş bacısı Monika da kömək edib.
Penelopanın əri, aktyor Xavyer Bardem də videoçarxda yer alıb.
İrina Şeykin də qatıldığı altı dəqiqəlik videoreklamda bir neçə model markanın kifayət qədər açıq-saçıq alt paltarlarında gəzişirlər. Videoçarxda həmçinin iki qızın öpüşməsi də yer alıb.
İndi YouTube-də həmin videçarxla bağlı təhlükəli kontent haqqında xəbərdarlıq yerləşdirilib.
Videoçarxa baxmaq istəyən internet istifadəçiləri öz yaşlarını təsdiq etməlidirlər.
Aktrisa bundan çox hiddətlənib. O, Red jurnalına müsahibəsində deyib:
“Bu videonu necə qadağan edə bilərdilər? Penelopa Kruz əxlaqsızdır?”
ANN.Az